Rusiya Almaniyanın Peterburqdakı baş konsulluğunun fəaliyyətini dayandırır
VİDEO

Rusiya Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyətinə verdiyi icazəni ləğv edir.

 

Senzor.az bildirir ki, bu barədə yerli KİV Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

 

Məlumata görə, baş konsulluq sentyabrın 18-dən gec olmayaraq fəaliyyətini dayandırmalı, onun bütün əməkdaşları isə Rusiya ərazisini tərk etməlidirlər.

 

Bundan başqa, Moskva Rusiyada Höte adına alman mədəniyyət mərkəzlərinin fəaliyyətinin dayandırılmasını tələb edib. Onların ezam olunmuş əməkdaşları sentyabrın 13-dən gec olmayaraq ölkəni tərk etməlidirlər.

 

"Diplomatik missiyanın rəhbərinə Rusiya XİN-in müvafiq notaları təqdim edilib", - məlumatda deyilir(Bax: https://www.youtube.com/shorts/5Yfst9AxS9g).

 

Nazirlikdə qeyd ediblər ki, bu qərarlar sentyabrın 7-də Rusiyanın Bonndakı baş konsulluğunun və Berlindəki Rusiya Elm və Mədəniyyət Evinin bağlanmasına cavab tədbiridir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.