
“Əgər ABŞ İranın enerji obyektlərinə hücum etsə, biz də ona hücum edəcəyik”.
“Teleqraf” xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın müharibə naziri Pit Heqsetin son təhdid və ritorikasına cavab olaraq deyib.
“Məsələ sadə və başadüşüləndir: bu bölgədə neft-qaz hasilatı zənciri geniş və dağınıq, əlçatan və həssasdır. Durum sularda və obyektlərdə fəaliyyət göstərən ABŞ-ın neft-qaz şirkətləri üçün də eyni dərəcədə həssasdır. Əgər bizim obyektlərimizə hücum etsəniz, sizə də hücum ediləcək. Biz artıq öz qabiliyyətimizi sübut etmişik. Hazırda işləməyən hərbi bazalarınızdan soruşun”, - o vurğulayıb.