
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin (BŞYTB) əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Senzor.az BŞYTB-yə istinadən bildirir ki, sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb.
Sınan ağaclar və qırılan budaqlar Birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.

