
Tərtər sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
APA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından tüfənglə vurulub.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən bildirilib ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunmuş və baldırın çoxsaylı açıq yaraları, diz oynağının açıq yarası təyin edilmiş pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.