İranın bütün aviaşirkətləri sentyabrın 23-dən fəaliyyətini dayandıracaq - ABŞ-ın MƏQSƏDİ NƏDİR?

İran aviaşirkətləri bu ayın 23-dən etibarən uçuşlar həyata keçirə bilməyəcəklər.

 

Bunu CNBC-yə müsahibəsində ABŞ-ın maliyyə naziri Skott Bessent deyib. 

“Bütün İran aviaşirkətləri sentyabrın 23-də dünya miqyasında fəaliyyətlərini dayandıracaqlar. Bilirsinizmi, bunu necə edəcəyik? Onlar eniş etdikləri təqdirdə, onlara yanacaq və ya eniş xidmətləri təmin edilməyəcək, həmçinin bilet satışına icazə verilməyəcək. Əks təqdirdə, dollar sistemindən təcrid olunacaqlar”, - deyə nazir bildirib.  

Bessent əlavə edib ki, ABŞ İran aviaşirkətləri ilə kimlərin əməkdaşlıq etdiyindən xəbərdardır. 

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-də İranın aviasiya sektoruna dəstək verməkdə günahlandırılan 36 şirkət və quruma qarşı sanksiyalar tətbiq edib. Siyahıda Gürcüstan istiqamətində reyslər həyata keçirən bəzi İran aviaşirkətləri də yer alıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.