Formula 1 Azərbaycan Qran-Prisinə BU GÜN YEKUN VURULUR

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.

 

Senzor.az bildirir ki, yarışın sonuncu günündə azarkeşləri trekdə iki əsas mübarizə gözləyir.

 

Günün ilk yürüşü saat 11:00-da başlayacaq. Bu vaxt Formula 2 pilotları ikinci əsas yarışda qüvvələrini sınayacaqlar. Mübarizə saat 12:05-də başa çatacaq.

 

Günün əsas yarışı isə Formula 1 Azərbaycan Qran-Prisinin əsas yürüşü olacaq. Sessiyaya saat 15:00-da start veriləcək və 17:00-dək davam edəcək.

 

Formula 1 yürüşündə pilotlar start düzülüşünə sıralama turunun nəticələrinə əsasən çıxacaqlar. Yarışa birinci yerdən "Mercedes"in sürücüsü Corc Rassell başlayacaq. İkinci pillədə "Ferrari"nin pilotu Şarl Lekler, üçüncü sırada isə "McLaren"in təmsilçisi Oskar Piastri qərarlaşıb. Onları müvafiq olaraq İsak Hacar ("Red Bull"), Lando Norris ("McLaren"), Lyuis Hemilton ("Ferrari"), Pyer Qasli ("Alpine"), Maks Ferstappen ("Red Bull"), Karlos Sayns ("Uilliams") və Esteban Okon ("Haas") izləyirlər.

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.