Sabah Afinada Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası və...
BİZNES FORUM KEÇİRİLƏCƏK

Sabah Afinada Azərbaycan Hökuməti ilə Yunanıstan Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın altıncı iclasının keçiriləcəyi gözlənilir.

 

Senzor.az bildirir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

 

Komissiyanın Azərbaycan tərəfindən həmsədri olan energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti artıq Yunanıstana yollanıb. Yunanıstan tərəfindən Hökumətlərarası Komissiyanın işinə həmin ölkənin xarici işlər nazirinin müavini Teoharis Teoharis sədrlik edəcək.

 

Hökumətlərarası komissiya ilə yanaşı, səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi, eləcə də Yunanıstan-Azərbaycan biznes forumunun təşkil olunması planlaşdırılır.

 

Qeyd edək ki, Hökumətlərarası komissiyanın beşinci iclası 2024-cü il iyunun 13-də Bakıda təşkil edilib.

 

Bu ilin yanvar-avqust aylarında Azərbaycan ilə Yunanıstan arasında qarşılıqlı ticarətin həcmi 631 milyon 14 min ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artıb.

 

Hesabat dövründə Azərbaycandan Yunanıstana 564 milyon dollarlıq (+25,1 %) məhsul göndərilib, Yunanıstandan Azərbaycana isə 67 milyon dollar (+2,4 dəfə) dəyərində məhsul idxal olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.