Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşündə nələr müzakirə olunacaq? - GÜNDƏLİK AÇIQLANDI

Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək üçtərəfli görüşdə qlobal sülhün və strateji sabitliyin qorunmasını müzakirə edəcəklər.

 

Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqin deyib.

 

Onun sözlərinə görə, qarşıdan gələn sammit üç ölkə liderləri arasında bu formatda ilk dəfə əyani görüş olacaq: "Görüş tarixi və yenilikçi əhəmiyyətə malikdir".

 

Mao Ninq danışıqların beynəlxalq təhlükəsizlik və dünyanın böyük dövlətləri arasında münasibətlərin əsas məsələlərinə yönələcəyini açıqlayıb.

 

O bildirib ki, görüş zamanı liderlər qlobal sülhün qorunması və böyük dövlətlər arasında münasibətlərdə strateji sabitliyin gücləndirilməsi ilə bağlı dərin fikir mübadiləsi aparacaqlar.

 

Çin Xarici İşlər Nazirliyi Rusiya, ABŞ və Çinin qlobal çağırışlara cavab vermək, beynəlxalq sülhün təşviqi və sabitliyin gücləndirilməsi üçün ortaq məsuliyyət daşıdığını vurğulayıb.

 

Pekin hesab edir ki, üç ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi bütün beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur.

 

APA xatırladır ki, danışıqlar 19 noyabrda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçiriləcək. Görüşün Moskva vaxtı ilə səhər saat 9:30-da Kylin Villa otel kompleksində başlayacağı bildirilib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.