
Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvləri qazı Avropadakından beş dəfə ucuz alırlar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.
Onun sözlərinə görə, Avropada 1000 kubmetr qazın qiyməti 900 dollardır, Aİİ ölkələri isə eyni həcmi 200 dollardan aşağı qiymətə ala bilərlər.
"Biz iqtisadiyyatlarımızın inkişafı üçün əlverişli şərait yaratmışıq. Müqayisə üçün qeyd edək ki, Avropada qazın qiyməti 1000 kubmetr üçün təxminən 900 dollardır. İttifaq ölkələri üçün bu rəqəm 200 dolları keçmir. Qiymət fərqi nəzərə alındıqda, iqtisadi fayda yüz milyonlarla dollar təşkil edir. Bu, Avrasiya İqtisadi İttifaqı ölkələrinin ortaq enerji bazarının fəaliyyəti sayəsində əldə etdiyi danılmaz üstünlükdür", - Rusiya Hökumətinin sədri qeyd edib.