İran Prezidenti Ararat Mirzoyanı qəbul edib - FOTO

İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanı qəbu edib.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş zamanı Nyu-Yorkda iki ölkə liderlərinin görüşünün davamı olaraq Ermənistan-İran siyasi təmaslarının fəal gündəliyindən məmnunluq ifadə edilib. 

Xüsusi diqqət blokadanın aradan qaldırılması istiqamətində infrastrukturun inkişafı və energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlıq proqramlarına yönəldilib. Nazir Ararat Mirzoyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.

 

Tərəflər regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Həmçinin İranda yüksək səviyyəli nümayəndə heyətinin İrəvanda keçiriləcək COP17 konfransında iştirakı məsələsi müzakirə olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.