Tramp və Paşinyan TRIPP layihəsinin başladıldığını elan etdilər
VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp bu gün videomüraciətlərində "Tramp Marşrutu" layihəsinin rəsmi olaraq başladıldığını elan ediblər.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

 

"Ermənistan və ABŞ hökumətləri tərəfindən birgə həyata keçirilən TRIPP layihəsinin və regional blokadanın aradan qaldırılmasının praktiki mərhələsinin başladılmasını elan etmək böyük şərəfdir. Bu, Ermənistanın müasir tarixində tarixi bir hadisədir. Biz müstəqillik qazandığımız dövrdən bəri Ermənistanda ən böyük iqtisadi proqrama start veririk", - Paşinyan bəyan edib.

 

Onun sözlərinə görə, TRIPP layihəsi sülhün təmin edilməsi ilə yanaşı, Ermənistanın iqtisadi inkişafı üçün müstəsna əhəmiyyət kəsb edəcək, Ermənistanın xarici bazarlara çıxışının genişlənməsinə, ölkədə biznes mühitin inkişafına və investisiyaların cəlb edilməsinə mühüm töhfə verəcək.

 

Ermənistanın Baş naziri həmçinin qeyd edib ki, TRIPP böyük regional və beynəlxalq əhəmiyyət kəsb edəcək, Transxəzər ticarət marşrutunu və Qərb-Şərq dəhlizinin qarşılıqlı əlaqəliliyini daha da canlandıracaq.

 

Öz növbəsində, Tramp Paşinyanı layihəyə start verilməsi münasibətilə təbrik edərək TRIPP çərçivəsində ABŞ və Ermənistan arasındakı tərəfdaşlığın mal və enerji axınları üçün yeni ticarət yolları yaradacağını qeyd edib.

 

O həmçinin Paşinyanı 2027-ci ildə ABŞ-a dəvət edib.(Bax: https://www.youtube.com/watch?v=UGrt5uhVwig)



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.