
Şimali Koreya hegemonluq və ya ərazilərini genişləndirmək niyyətində deyil.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkə lideri Kim Çen In on ölkənin yeni təyin olunmuş səfirləri ilə görüşündə deyib.
Kim Çen In zorakılıq və təzyiqin ölkəsinin xarici siyasətinə xas olmadığını vurğulayıb.
O qeyd edib ki, Pxenyan dövlətlərin suverenliyinə və inkişaf hüquqlarına hörmət edilməsinin tərəfdarıdır.
Şimali Koreya lideri, həmçinin ölkəsinin suverenliyinə hörmət edən dövlətlərlə qarşılıqlı hörmət, bərabərlik və fayda prinsipləri əsasında əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.