Ərdoğan: Zəngəzur dəhlizi Türkiyə və Türk dünyası arasında əlaqələr üçün yeni imkan yaradacaq

Qarabağın Zəfər sevincini birlikdə necə yaşamışıqsa, Qafqazda sülh və rifah üçün də eyni qətiyyətlə çalışacağıq.

 

Senzor.az yerli KIV-ə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Beynəlxalq Qafqaz Konqresi”nə ünvanladığı müraciətdə belə deyilir.

 

O qeydedib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə “Bir millət, iki dövlət” şüarını Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiblər: “Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur”.

 

Türkiyə lideri Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat infrastrukturunu gücləndirəcək, Türkiyə ilə Türk dünyası arasındakı əlaqələr üçün yeni imkan yaradacaq.

 

“Bizim baxışımıza görə, Qafqaz sülhün daimi olduğu, qonşuların ticarət etdiyi və hər bir ölkənin ümumi rifahdan pay aldığı bir regiondur”, - Ərdoğan vurğulayıb.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.