Si Cinpin: Çin Fələstin xalqını qətiyyətlə dəstəkləyəcək

Çin Fələstin xalqının qanuni milli hüquqlarının bərpasını dəstəkləməyə və Fələstin probleminin ədalətli həllinə töhfə verməyə davam edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin BMT-də Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə keçirilən iclasın iştirakçılarına ünvanladığı müraciətində belə deyilir.

 

“Çin Fələstin xalqının qanuni milli hüquqlarının bərpası uğrunda ədalətli mübarizəsini daim qətiyyətlə dəstəkləyir. Biz beynəlxalq ictimaiyyətin sülhü və ədaləti müdafiə edən bütün ölkələri ilə birlikdə Fələstin probleminin hərtərəfli, ədalətli və davamlı həllinə çalışacağıq”, – Çin lideri vurğulayıb.

 

Si Cinpin Fələstin məsələsini Yaxın Şərq probleminin əsasını təşkil edən məsələ adlandırıb.

 

Onun sözlərinə görə, regionda mövcud gərginlik beynəlxalq ictimaiyyətin diqqətini Fələstin problemindən yayındırmamalıdır.

 

Çin lideri bildirib ki, münaqişənin həllinin açarı “iki xalq üçün iki dövlət” prinsipinin həyata keçirilməsi və Fələstinlə İsrail arasında danışıqların bərpasıdır.

 

Si Cinpin həmçinin “Fələstini fələstinlilər idarə etməlidir” prinsipinə əməl olunmasının vacibliyini qeyd edib.

 

O, İordan çayının qərb sahilində vəziyyətin sabitləşdirilməsinə, Qəzza sektorunun müharibədən sonrakı bərpasına və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinə çağırıb.

 

“Torpaqların ələ keçirilməsinə və Fələstin xalqının hüquqlarının pozulmasına yönəlmiş bütün hərəkətlərə qarşı çıxmaq lazımdır”, – Çin lideri bildirib.

 

Si Cinpin beynəlxalq ictimaiyyəti Fələstin xalqına dəstəklə bağlı öhdəliklərini konkret addımlara çevirməyə və Qəzzada davamlı atəşkəsin təmin olunmasına kömək etməyə çağırıb.

 



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.