Almaniya Kansleri: AVROPA RUSİYA İLƏ DANIŞIQLARA HAZIRDIR

Avropa Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə danışıqlara hazırdır.

 

"The Guardian" xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

 

Merts vurğulayıb ki, Ukraynadakı vəziyyətin nizamlanması ilə yanaşı, Avropanın təhlükəsizliyi ilə bağlı daha geniş məsələlər də nəzərə alınmalıdır.

 

O, Polşanın hava məkanının bu yaxınlarda pozulmasını, həmçinin Baltik dənizindəki ayrıca insidenti pisləyərək baş verənlərə Finlandiyanın reaksiyasını qeyd edib.

 

"Polşa bizim tam həmrəyliyimizə arxalana bilər. Və lazım gələrsə, NATO, əlbəttə ki, müttəfiqlərin ərazisinin hər qarışını müdafiə edəcək", - Kansler bəyan edib.

 

Baltik dənizindəki vəziyyətdən danışan Merts tərəflərdən heç birinin eskalasiyada maraqlı olmadığını, regionda sabitlik, təhlükəsizlik və gəmiçilik azadlığının təhlükə altına düşməməli olduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, NATO daha güclü və daha Avropayönümlü alyansın yaradılması üzərində işləyir.

 

"Biz bunu kimisə təhdid etmək üçün etmirik. Bunu azadlığımızı, təhlükəsizliyimizi və rifahımızı qorumaq üçün edirik", - Merts əlavə edib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.