Rusiya Avropanı nüvə zərbəsi ilə hədələdi

NATO-nun hərbi texnikasını Kalininqrad vilayəti ilə sərhədə cəmləşdirməsi və Alyansın mümkün təcavüzü Rusiyanın nüvə zərbəsi ilə nəticələnə bilər.

 

Bu barədə hərbi müxbir Aleksandr Kots Telegram kanalında xəbərdarlıq edib.

 

Kotsun sözlərinə görə, NATO Kalininqrad vilayətini coğrafi baxımdan həssas mövqedə yerləşdiyinə görə əsas hədəf seçib.

 

“İlk mərhələdə NATO qüvvələri bu anklavı dənizdən və qurudan bloklamağa çalışacaq. Məhz bu zaman polis və hərbçilərdən ibarət birləşmiş qruplar nəzarət-buraxılış məntəqələrində yerləşdiriləcək”, – deyə müxbir bildirib.

 

Onun iddiasına görə, NATO uzun müddətdir təlimlər zamanı Kalininqrad vilayətinə və bütövlükdə Rusiyaya qarşı hərbi əməliyyat ssenarilərini məşq edir. Lakin Alyans Rusiyanın nüvə potensialını lazımi səviyyədə nəzərə almır.

 

Kots hesab edir ki, mümkün qarşıdurmanın həlledici anında NATO-nun uzunmüddətli hazırlığı bir neçə saat ərzində puça çıxa bilər.

 

Modern.az xatırladır ki, oktyabrın sonunda Polşanın Kalininqrad vilayəti ilə sərhədə “Qara pantera” tankları göndərdiyi məlum olub. Hərbi ekspert Andrey Kolesnik Varşavanın Rusiyaya qarşı təxribat hazırladığını iddia edib.

 

Daha əvvəl isə RMF24 portalı Polşanın Kalininqrad istiqamətində hərbi qüvvələrini artırdığını yazıb. Xüsusilə, ölkə sərhəddə diversantlarla mübarizə aparmaq üçün xüsusi əməliyyatlar qərargahı yaratmaq qərarına gəlib. Polis, hərbçilər və sərhədçilərdən ibarət birləşmiş dəstələr vətəndaşların və infrastrukturun təhlükəsizliyini təmin etməli, cəmiyyət üçün təhlükə yarada biləcək halların qarşısını almalıdır.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.