BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, qətnamənin müəllifləri ABŞ, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Almaniya, Litva, Latviya da daxil olmaqla bir sıra ölkələrdir.
Məlumata görə, sənəd Meksika və Fransanın BMT Təhlükəsizlik Şurasında öz qətnaməsinin qəbuluna nail ola bilməməsindən sonra hazırlanıb. 140 nümayəndə heyəti sənədin lehinə, 5-i (Belarus, Eritreya, Şimali Koreya, Rusiya və Suriya) əleyhinə səs verib, 38-i isə bitərəf qalıb. Bitərəf qalanlar arasında Ermənistan, Əlcəzair, Çin, Mərkəzi Afrika Respublikası, Kuba, Efiopiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Mali, Nikaraqua, Pakistan, Cənubi Afrika Respublikası, Sudan, Tacikistan və bir sıra digər ölkələr var.
Qətnamə Rusiya tərəfindən Ukraynaya qarşı apardığı müharibənin dərhal dayandırılmasını tələb edir. Sənəd müəllifləri iddia edirlər ki, Rusiyanın Ukrayna ərazisinə hərbi hücumu və onun humanitar nəticələri beynəlxalq ictimaiyyətin onilliklər ərzində Avropada görmədiyi ölçülərə çatır.
Qətnaməyə əsasən, BMT Baş Assambleyası Ukrayna şəhərlərinin, xüsusən də Mariupolun blokadaya alınmasının humanitar vəziyyəti daha da gərginləşdirdiyini vurğulayır. Müəlliflər şəhərlərin blokadasına son qoyulmasını tələb edirlər.
Baş Assambleya tərəflərdən humanitar yardımın təhlükəsiz girişini tələb edir, humanitar hüququn pozulmasını pisləyir və onun həyata keçirilməsinə çağırır.