
Rusiya-Ukrayna müharibəsində itkin düşmüş hesab olunan Ağdam sakininin nəşi tapılıb.
Bu barədə APA-ya sözügedən şəxsin yaşadığı Ağdam rayon Bənövşələr qəsəbə sakinləri məlumat veriblər.
Məlumata görə, bir ildən artıq müddətdir ki, taleyindən xəbər olmayan 1994-cü il təvəllüdlü Quliyev Nicat Telman oğlunun nəşi döyüş bölgəsindən tapılıb. Onun cənazəsinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi ehtimal olunur.
Qeyd edək ki, N.Quluyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, sonradan Rusiya ordusu tərəfindən Ukraynada gedən döyüşlərə qoşulub.