
Rusiyanın sabiq müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya qarşı sui-qəsdin qarşısı alınıb.
Senzor.az bildirir ki, bu barədə “Moskovskiy Komsomolets” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, sui-qəsd planı Şoyqunun Moskvadakı Troekurovskoye qəbiristanlığında qohumlarının dəfn olunduğu yerə gedərkən reallaşacaqmış.
Qeyd olunur ki, FTB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi noyabrın 14-ü səhər saatlarında təxribatçıların həbs olunduğunu açıqlayıb. Onların 3 nəfər (bir qadın, iki kişi) olduğu bildirilir.
Qeyd edək ki, noyabrın 17-də Rusiya Prezidenti Vladimir Putin təxribat əməllərinə görə cəzaları sərtləşdirən qanunu imzalayıb.