İranda güclü yağış daşqına səbəb olub - KOLLEKTİV DUADAN SONRA
VİDEO/FOTO

İranda güclü yağışlar bir sıra fəsadlara səbəb olub.

 

“Iran International” telekanalı xəbər verir ki, leysandan ən çox ölkənin İlam ostanı zərər görüb.

 

Belə ki, dünəndən yağan güclü yağış səbəbindən ostanın Abdanan və Dehluran şəhərlərində bir neçə çay daşıb.

 

Nəticədə çox sayda evi, küçələri su basıb. 



Hazırda dəymiş zərərin qiymətləndirilməsi üzrə işlər aparılır.

 

“Qafqainfo” xatırladır ki, bir neçə gün əvvəl İranın qərb hissəsindən ölkə ərazisinə siklonlar daxil olduğu barədə məlumat yayılmışdı. Daha əvvəl isə İranın paytaxtı Tehranda quraqlıqla bağlı su böhranı fonunda sakinlər yağış yağması üçün kollektiv dua etmişdilər. Noyabrın 15-də keçirilən dua mərasimi şəhərin İmamzadə Saleh məbəd kompleksində baş tutmuşdu.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.