NATO: Rusiyanın yeni silah sistemləri Avropanın təhlükəsizliyi üçün ciddi təhdiddir
VİDEO

Rusiyanın yeni nəsil “Burevestnik”, “Oreşnik” və “Poseydon” silah sistemləri NATO-nun müdafiə imkanlarını ciddi şəkildə çətinləşdirir.

 

“Die Welt” qəzeti bildirir ki, Alyansın kəşfiyyat hesabatında belə deyilir.

 

Hesabatda “Burevestnik”in 900 km/saatdan artıq sürətə və yüksək manevr qabiliyyətinə malik olduğu, həmçinin mobil buraxılış sistemləri sayəsində aşkarlanmasının çətinləşdiyi qeyd olunur. NATO mütəxəssisləri qanadlı raketin uçuş məsafəsini Alyansın mövcud müdafiə sxemləri üçün ən böyük problemlərdən biri kimi qiymətləndirirlər.

 

Qərb ekspertlərini narahat edən digər sistem “Oreşnik” həm texniki xüsusiyyətlərindəki qeyri-müəyyənlik, həm də nüvə də daxil olmaqla müxtəlif döyüş başlıqları daşımaq imkanı ilə seçilir. Hesabatda bildirilir ki, bu raket Avropanın istənilən nöqtəsini vura bilər.

 

Sənəddə xüsusi diqqət “Poseydon” sualtı aparatlarına yönəldilir. Bu qurğuların böyük dərinliklərdə uzun müddət aşkarlanmayaraq hərəkət etməsi NATO-nun sualtı müşahidə sistemlərini çətin vəziyyətə salır. Qəzet, həmçinin qeyd edir ki, Alyans ölkələri yüksək sürətli və uzaq məsafədən təsir göstərən sualtı qayıq əleyhinə torpedaların çatışmazlığından əziyyət çəkir.

 

NATO Rusiyadan daha nələrə görə çəkinir?

 

Bu barədə Senzor.az-ın təqdim etdiyi videomaterialda:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.