
İran İsraillə təkrar münaqişə ehtimalının olduğunu etiraf edib.
TASS xəbər verir ki, bu barədə jurnalistlərə İranın Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
"Əlbəttə ki, risk var, amma bunun nə qədər böyük olduğunu demək çətindir. İran 12 günlük müharibənin dərslərini öyrənib", - deyə o qeyd edib.
Adı açıqlanmayan mənbənin sözlərinə görə, qarşı tərəf də eyni dərsləri öyrənməli idi: "Onlar başa düşməlidirlər ki, yeni bir hücum olarsa, eyni ssenari təkrarlanacaq, amma Tehran üçün bu, artıq sürpriz olmayacaq", - deyə o vurğulayıb.