Rusiya XİN Ankara ilə İrəvan arasında münasibətlərin yaxşılaşması haqda - “KÖMƏK ETMƏYƏ HAZIRIQ”

Moskva Ankara ilə İrəvan arasında münasibətlərin yaxşılaşmasına hər zaman kömək etməyə hazırdır. Hər iki ölkə arasında müsbət siqnallar mübadiləsini görürük.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.
 
XİN sözcüsü bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar razılaşmalarının həyata keçməsi kontekstində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması fonunda Ankara-İrəvan əlaqələrinin də yaxşılaşması regionda sülh, sabitlik və çiçəklənməyə xidmət edərdi.
 
Zaxarova xatırladıb ki, Rusiya hər zaman Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşmasının tərəfdarı olub və bu prosesdə fəal iştirak edib. “Bilirsiniz ki, Rusiya Sürix protokollarının imzalanması prosesində birbaşa iştirak edib. Moskva 2009-cu ildə Sürix protokolların imzalanmasının əsas təşəbbüskarı və vasitəçisi rolunda çıxış edirdi. Sürix protokolları Türkiyə və Ermənistan arasında heç bir ön şərt irəli sürmədən əməkdaşlığı nəzərdə tuturdu. Təəssüf ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş təşəbbüs həyata keçmədi, tərəflər bu təşəbbüsü reallaşdırmadı, bu artıq hər ölkənin öz iradəsi idi”.
 
M.Zaxarova onu da deyib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Moskvanın diqqət mərkəzindədir: "Prioritetlər arasında Qarabağda humanitar məsələlərin həlli, Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması yer alır. "Altılar" platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional məşvərət mexanizmi) potensial iştirakçıların hər birinin maraqlarına cavab verə, Cənubi Qafqazda sülhün, etimadın möhkəmlənməsinə və iqtisadi proseslərin stimullaşdırılmasına töhfə verə bilər”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.