Misir sammiti Fələstin problemini müzakirəyə çıxardı - “DAYANIQLI SÜLHƏ NECƏ NAİL OLMALI?”

Misir Prezidenti Əbdülfəttah əl-Sisi, İordaniya Kralı II Abdulla və Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın iştirakı illə Qahirədə keçirilən sammitdə Fələstin probleminin həlli məsələsi müzakirə olunub.
 
AZƏRTAC xəbər verir ki, Misir Prezidentinin mətbuat katibi Bəssam Radi jurnalistlərə sammitdə Fələstin sülh prosesi ilə bağlı son nəticələrin müzakirə edildiyini bildirib. Misir Prezidenti və İordaniya Kralı Fələstin xalqının legitim hüquqlarının bərpasının zəruriliyini bir daha vurğulayıb, Fələstin və İsrail arasında sülhə nail olunmasının Yaxın Şərq regionu üçün əhəmiyyətini qeyd ediblər.
 
Sammit iştirakçıları qeyd ediblər ki, ilk növbədə, Qəzza sektorunda dayanıqlı sülhə nail olunmalı, bu anklavda bərpa işləri aparılmalı, Fələstin xalqının müstəqil dövlət arzuları həyata keçməlidir.
 
Görüşdə çıxış edən Mahmud Abbas Fələstinlə İsrail arasında sülhün bərqərar olmasında Misirin müstəsna rolunu qeyd edib.
 
Liderlər müxtəlif platformalarda Fələstin probleminin həlli məsələsinin müzakirəsinin davam etdirilməsi barədə yekun rəy ifadə ediblər. Misir və İordaniya problemin beynəlxalq qətnamələr və Ərəb Sülh Təşəbbüsü çərçivəsində nizama salınmasını dəstəklədiklərini bəyan ediblər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.