
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.
Senzor.az bildirir ki, dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Sonra Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub.
Prezident İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı Sumqayıt Məhkəmə Kompleksinin açılışında da iştirak edib.
**
Sentyabrın 3-də Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbin binası istifadəyə verilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
**
Bu gün Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.
Prezident İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.
**
Sentyabrın 3-də Sumqayıt Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının da açılışı olub.
Prezident İlham Əliyev bu açılışda da iştirak edib.