
Dağlıq Qarabağda müharibə bitib. Siyasi prosesin, nəqliyyat və iqtisadi əlaqələrin bərpası üçün əsaslar yarandığına görə, Ermənistanla Türkiyənin münasibətlərin normallaşması istiqamətində səylərini bərpa etməsi məntiqli olardı.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov onu da bildirib ki, Rusiya bu məsələdə onları ən fəal şəkildə dəstəkləməyə hazırdır.