Ərdoğan Azərbaycanla imzalanmış 3 anlaşmanı təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış 3 anlaşmanın qüvvəyə minmə tarixlərini təsdiq edib.
 
Senzor.az
bildirir ki, bu barədə məlumat “Resmi Gazete”də dərc olunub.
 
Qeyd edilib ki, 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma”, 31 oktyabr 2017-ci ildə Bakı şəhərində imzlanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Anlaşması”, 25 aprel 2018-ci ildə Ankara şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Mədəniyyət Mərkəzlərinin Qurulması, İşlədilməsi və Fəaliyyətləri Haqqında Anlaşma” sənədlərinin qüvvəyə minmə tarixləri təsdiq olunub.
 
Sənədlər müvafiq olaraq 29 aprel 2021-ci il, 21 aprel 2021-ci il, 30 mart 2021-ci il tarixlərindən qüvvəyə minmiş hesab edilib.
 
“Siyahıda imzalandığı yer və tarixləri yazılan anlaşmaların qüvvəyə minmə tarixlərinin göstərildiyi kimi müəyyən edilməsinə qərar verilmişdir”, - məlumatda vurğulanıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.