ABŞ və Ermənistan arasında nüvə əməkdaşlığı sazişi imzalanıb.
Senzor.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edən ABŞ Dövlət katibi Entoni Blinken enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı artırmaq və iki xalq arasında iqtisadi və diplomatik əlaqələri daha da gücləndirmək istədiyini bildirib.
Görüşdən sonra tərəflər mülki nüvə əməkdaşlıq sazişi imzalayıblar. Müqavilə Ermənistanın enerji təchizatını diversifikasiya etmək məqsədi daşıyır.
Tədbirin ardınca kçirilən brifinqdə ABŞ dövlət katibi Ermənistan rəhbərliyinin göstərdiyi uzaqgörənliyə görə səmimi minnətdarlığını bildirib.
Entoni Blinken Ermənistan və Azərbaycan arasında dialoqu da alqışlayıb.
“Mən Ermənistanın bu prosesdə göstərdiyi uzaqgörənliyə, cəsarətə və çevikliyə, hamımızın istədiyimizə, yəni davamlı sülhə nail olmaq üçün ortaya qoyduğu səylərə görə baş nazirə (Nikol Paşinyana-red.) səmimi təşəkkürümü bildirirəm”, - deyə Dövlət katibi vurğulayıb.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 2-dən 6-dək ABŞ-a işgüzar səfərə gedib. O, Vaşinqtonda ABŞ Prezidentinin xüsusi köməkçisi Amanda Slot və digər rəsmilərlə də danışıqlar aparacaq.
Blinkenlə danışıqlardan sonra isə özünün Twitter hesabında paylaşdığı tvitində bu görüşü “məhsuldar” adlandıran erməni nazir yazıb:
“ABŞ Dövlət katibi Entoni Blinkenlə çox məhsuldar görüş keçirdim. Vaşinqtona qayıtmağıma görə şadam və Birləşmiş Ştatlar ilə güclü tərəfdaşlığımızı bir daha təsdiqləyirəm.
Son 30 ildə Ermənistan və ABŞ demokratiya, insan hüquqlarına hörmət və qanunun aliliyi kimi ümumi dəyərlər əsasında səmərəli əməkdaşlıq ediblər”.
Xatırladaq ki, son günlər Ermənistanın paytaxtında Azərbaycanla sülh danışıqlarına hazırlaşan Paşinyan hökumətinin əleyhinə etiraz aksiyaları keçirilir. Aksiyalar bir qayda olaraq Rusiyadan dəstəklənən siyasi təşkilatlar tərəfindən təşkil olunur. Bəzi ekspertlər hesab edirlər ki, Ararat Mirzoyanın məhz belə bir məqamda Vaşinqtona çağırılması və İrəvanın sülh danışıqlarına hazırlaşmasının təqdir olunması ABŞ-ın Rusiyaya və onun Ermənistandakı tərəfdarlarına verdiyi mesaj kimi də qiymətləndirilə bilər.