“Ermənistan deyir ki, Qarabağ məsələsi onlar üçün ərazi yox, insan haqları məsələsidir. O zaman fikrimcə, 25 min erməni üçün Azərbaycan Konstitusiyasına dəyişiklik etməyə ehtiyac yoxdur. Azərbaycanda xeyli sayda milli azlıqlar var, onların hüquqları təmin olunur”.
Senzor.az bildirir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü” adlı konfransda deyib.
“Azərbaycanda Azərbaycan dili ilə yanaşı, rus və gürcü dillərinin tədrisi də dövlət tərəfindən maliyyələşdirilir. Yəni bütün bu məsələlər milli azlıq çərçivəsində həll edilə bilər. Qarabağdakı ermənilərlə bağlı məsələ daxili məsələdir və beynəlxalq platformalarda müzakirə olunmayacaq” - F.Şəfiyev vurğulayıb
BMTM rəhbəri onu da deyib ki, Rusiya-Ukrayna müharibəsi, Qərb və Rusiya arasındakı qarşıdurma və digər cinahda - Cənub və Şərqdəki proseslər bizi Türkiyə ilə sıx əməkdaşlıq qurmağa vadar edir.
“3+3 formatında bəzi problemlər var. Azərbaycan və Türkiyə arasında işlənmiş regional mexanizmlər mövcuddur. Bu, məsələn, Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyüdür. “Altılıq” formatı isə çətin olacaq. Azərbaycan üçün imkanlar olacaq və bu imkanları biz Türkiyə ilə gerçəkləşdirməliyik”, - F.Şəfiyev bildirib.
BMTM sədri əlavə edib ki, bu mürəkkəb vəziyyət Azərbaycan üçün həm də yeni imkanlar açıb, Azərbaycan qazına Avropada maraq yenidən oyanıb.
BMTM rəhbəri onu da deyib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı gündəlikdə duran digər bir məsələdir.