Paşinyan kommunikasiyaların açılması və... BAKININ NAXÇIVANLA ƏLAQƏ QURMAQ İSTƏYİ HAQDA
 

Ermənistan bölgədə kommunikasiyaların açılması məsələsində qərarlıdır.
 
Azvision.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
 
Paşinyan xatırladıb ki, avqustun 24-də hökumətin 5 illik proqramını parlamentdə təqdim edərkən qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və ya normallaşdırılmasının Ermənistan hakimiyyəti üçün ən vacib istiqamətlərdən biri olacağını bildirib.
 
"Yenidən baş nazir vəzifəsinə seçildikdən sonra İrana səfər etdim və bu gün Gürcüstana gedirəm. İranla olduğu kimi, Gürcüstanla müzakirə ediləcək məsələlərin gündəliyində regional kommunikasiyaların inkişafı mühüm rol oynayır. Bu kontekstdə Şimal-Cənub layihəsinə önəm verirəm", - Paşinyan vurğulayıb.
 
Onun sözlərinə görə, Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsi qurması son dərəcə vacibdir: “Bu məsələnin üçtərəfli formatda (Azərbaycan, Ermənistan, Rusiya) həlli üçün kommunikasiyaların açılması məsələsi müzakirə olunur. Bakının Naxçıvanla əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq".
 
Paşinyan əlavə edib ki, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı gündəm də vacibdir: "Bunun üçün lazımi şərtlərin yaradılması istiqamətində çalışmağa davam edirik".
 
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.