Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan polis postu qurulub.
Bu barədə məlumatı araşdırmaçı-jurnalist Elçin Alıoğlu paylaşıb.
Axar.az xatırladır ki, bir neçə gün öncə erməni sosial şəbəkə istifadəçiləri də Qafan-Gorus yolunda Azərbaycan polisinin post qurduğunu və maşınları yoxladığını bildirmişdi. Xüsusilə Azərbaycan ərazisindən keçən yük maşınlarının yoxlanıldığı, İrandan hərbi təyinatlı məhsulların daşınıb-daşınmamasının nəzarət altına alındığı da qeyd olunmuşdu.