
Senzor.az erməni KİV-inə istinadən bildirir ki, bu barədə Koçaryanın ofisinin koordinatoru Baqrat Mikoyan məlumat verib.
Onun sözlərinə görə, R.Koçaryan partiyanın rəhbərliyi ilə görüşəcək. Görüşlərin "Ermənistan” bloku ilə Rusiyadakı hakim partiya arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıdığı bildirilir.
B.Mikoyan deyib ki, Koçaryan dəvəti qəbul edib və gələn həftənin sonunda Moskvaya getməyi planlaşdırır.
Xatırladaq ki, R.Koçaryanın bloku parlamentdə 29 deputatla təmsil olunur.