İsrail şirkəti "Elbit Systems" (ES) avtomatları rəqəmsal və şəbəkəli silah sistemlərinə çevirəcək xüsusi layihə hazırlayıb.
Azvision.az xəbər verir ki, ərsəyə gətirilən yeni sistemlə əsgərlərin döyüş məhsuldarlığı və sağ qalma şansları xeyli artacaq.
"ARCAS" (Assault Rifle Combat Application System) adlanan sistem hərbçilərə xüsusilə də gərgin döyüşlər zamanı ətrafdakı vəziyyəti, atəşin mənbəyini, hətta döyüş sursatı haqqında məlumatları təqdim edəcək. Onlar silahın ön tərəfindəki "joystick"dən istifadə edərək həmin informasiyalara nəzarət edə biləcəklər.
""ARCAS" əsgərlərin həyatını xilas etmək üçün daha bir mühüm layihədir. Bu yeni sistemin hazırlanması, piyada və xüsusi təyinatlı qüvvələrin səmərəliliyini də xeyli artıracaq. Daim bu cür layihələrə investisiyalar yatıracağıq", - deyə ES-in nümayəndəsi bildirib.
Qeyd edək ki, "ARCAS" silahın içərisinə quraşdırılmış və döyüşün gedişi haqqında məlumatları xüsusi elektro-optik nişangahdan əsgər dəbilqəsindəki qurğuya ötürən bir mikro-kompüterdir. Mikro-kompüter görmə, əmr və idarəetmə sistemlərindən, yaxınlıqdakı digər "ARCAS" istifadəçilərindən, silahın durumundan məlumatları toplayaraq emal edəcək.
"ES" nümayəndələrinə görə, sistem tam gücü ilə məsafəni ölçmək, avtomatik olaraq ballistik düzəlişlər etmək, yanğın mənbələrini və hərəkətləri aşkarlamaq, taktiki komandanlıqla ünsiyyət qurmaq, habelə döyüşçüyə naviqasiya yardımı göstərmək kimi üstünlüklərə malikdir.
Maraqlıdır ki, bütün bu və digər informasiyaları qısa zamanda emal edən "ARCAS" görüntüyə düşən hədəfdəki insanın düşmən olub-olmamasını da təyin edə biləcək.
Bəzi mütəxəssislər kompüterləşdirilmiş bu avtomatları "22-ci əsrin silahı" kimi xarakterizə edirlər.