Federal Təhqiqat Bürosu 11 sentyabrla bağlı gizli sənəd yaydı - İLK DƏFƏ

ABŞ Federal Təhqiqat Bürosu (FTB) 11 sentyabr 2001 -ci il hadisələrinə dair sənədlərin bir hissəsini ilk dəfə yayıb.
 
Senzor.az bildirir ki, sənəd FTB-nin saytında yerləşdirilib. 
 
Qeyd edək ki, bu sənədlər ABŞ Prezidenti Co Baydenin fərmanına əsasən məxfilikdən çıxarılıb.
 
Saytda yerləşdirilən sənəddə qeyd olunur ki, bu material 3 sentyabr 2021 -ci ildə imzalanmış sərəncama uyğun olaraq nəşr olunur. Dərc edilən sənəd 2016 -cı ilə aiddir və 16 səhifədən ibarətdir. Sənəd Səudiyyə Ərəbistanının Los -Ancelesdəki konsulluğunda işləyən bir şəxsin ifadəsinə əsaslanır. Həmin adam sonradan Amerika vətəndaşlığı almaq istəyib.
 
Mənbə şəxsin adını məxfilik naminə açıqlamır.
 
Hesabatda 11 sentyabr 2001 -ci ildə sərnişin təyyarələrinin qaçırılmasında iştirak edən terrorçulara əhəmiyyətli maddi -texniki dəstək verə biləcək şəxslərlə bu şəxsin təmaslarına aid məlumatlar var.
 
Sənəddə ifadə verən şəxsin Səudiyyə Ərəbistanının digər iki vətəndaşı ilə təmaslarından bəhs edilir. Onlardan biri də Səudiyyə Ərəbistanının Los Ancelesdəki konsulluğunda çalışıb. FTB hesab edir ki, digər şəxs Səudiyyə kəşfiyyatının agenti ola bilər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.