Ermənistan üçün ağrılı mərhələ: ANTİTERROR ƏMƏLİYYATI YAXINLAŞIR
ŞƏRH

Noyabrın 22-si saat 22:15-dən noyabrın 23-ü saat 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar. 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb...

 

Demək olar, hər 2-3 gündən bir ermənilər atəşkəsi pozurlar. Həmçinin sülhməramlıların nəzarət etdikləri ərazidə də provokasiyalar intensivləşib. Bu, narahatedici məqamdır. Görünür, rus hərbçiləri işlərinin öhdəsindən gələ bilmirlər.  

Dəfələrlə dediyimiz kimi, Azərbaycan Ordusunun səbri sərhədsiz deyil. Hərbçilərimiz bunu bir neçə dəfə göstəriblər. Həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyev də, demək olar, hər çıxışında İrəvana xəbərdarlıq edir, qarşı tərəfi sabotajlardan çəkinməyə çağırır. Ermənistanın bu çağırışlardan dərs çıxarıb- çıxarmaması isə artıq onların işidir...

 

Şərti dövlət sərhədində və sülhməramlıların nəzarət etdiyi ərazilərdə törədilən təxribatları müxtəlif qüvvələr, o cümlədən Ermənistan iqtidarı, daxildəki revanşistlər və üçüncü dövlətlər törədə bilərlər. Lakin bunun bizim üçün elə bir fərqi yoxdur. İstənilən provokasiyaya görə bütün məsuliyyəti rəsmi İrəvan daşıyır. Ermənistan baş naziri Nikol Paşinyan regional əməkdaşlıqda, Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdırsa, onda sabotajların qarşısını bu və ya digər formada almalıdır. Bunu bacarmırsa, hakimiyyətdən getməlidir. Əks halda biz öz maraqlarımızın və təhlükəsizliyimizin təmin olunması üçün özümüz addımlar atacağıq. 

 

Əvvəllər də bir neçə dəfə etdiyimiz kimi,  Paşinyan başa düşməlidir ki, provokasiyaların davam etməsi ona heç də “başucalığı” gətirmir. Əksinə, baş nazirin işi getdikcə daha da çətinləşir. Şansları azalan hökumət rəhbəri tədricən “dalana dirənir”. 

 

İkinci bir tərəfdən, təxribatların davam etməsi rəsmi İrəvanın regionla bağlı zaman-zaman səsləndirdiyi loyal bəyanatların səmimiliyini şübhə altına salır. Ona görə, bir daha təkrar edirik: Paşinyan regional əməkdaşlığın təmin edilməsini istəyirsə, bilməlidir ki, sabotaj cəhdlərinə mütləq son verilməlidir. Əks halda özü öz işini mürəkkəbləşdirmiş olacaq... 

 

Bir sözlə, rəsmi İrəvan “odla oynayır”. Belə gedərsə, növbəti antiterror əməliyyatları qaçılmaz olacaq. Hazırkı gesosiyasi reallıq da buna imkan verir. Və əgər Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatına başlayarsa, Ermənistan üçün kifayət qədər ağrılı mərhələ başlayacaq. 

 

Kənan Novruzov,

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.