Azərbaycan şiələrinin daha bir liderindən İrana sərt mesaj - DEPUTAT MADƏR MUSAYEV XAMENEİDƏN ÜZR İSTƏMƏSİNİ TƏLƏB EDİR

“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum dərin təəssüf və təəccüb doğurur. Bu xain hücum təəssüf doğurur, çünki bizim üçün özünü qardaş ölkə adlandıran İranda törədilib. Sirr deyil ki, son vaxtlar İran özünü heç də qardaş dövlət kimi aparmır. Tehran hər bir ölkənin qəbul etdiyi qanunları açıq şəkildə pozur və beynəlxalq hüquqa məhəl qoymur”.

 

Senzor.az haqqin.az-a istinadən bildirir ki, bunları Bakının və Abşeron şiə əhalisinin ağsaqqallarından biri, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Madər Musayev deyib.

 

 

Deputat bildirib ki, İran beynəlxalq hüquqa hörmət etsəydi, Azərbaycan səfirliyinə qarşı rüsvayçı hücum baş verməzdi: “1961-ci ildə qəbul edilmiş Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, xarici nümayəndəliklərin təhlükəsizliyinə görə ev sahibi ölkə tam məsuliyyət daşıyır. Bəs bu gün nə müşahidə olunur? Biz aydın şəkildə gördük ki, İran bu beynəlxalq sənədin müddəalarına məhəl qoymur və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bundan əlavə, vicdan əzabı çəkməyən İran rəsmiləri bu hücumun şəxsi səbəblərdən olduğunu deyirlər. Sual: Azərbaycan səfirliyinin daxilində niyə şəxsi münasibətlərə əsaslanan insident baş verir? Bu açıqlama sadəcə gülüncdür. İrandakı səfirliyə hücumun şəxsi səbəblərdən törədildiyini düşünmürəm.

 

Son iki ildə bu hadisə ilə yanaşı, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə beş hücum olub. Qeyd edək ki, bunlardan birincisi Londonda İranla əlaqəli dini qrup, daha üçü isə Paris və Beyrutda radikal ermənilər tərəfindən törədilib. Mən bu terror aktında Tehranın ölkəmizə qarşı böhtan kampaniyasının rolunu görürəm. İran mediası gecə-gündüz Azərbaycana qarşı çox ciddi təbliğat aparır. Hesab edirəm ki, törədilmiş terror aktı Azərbaycan əleyhinə aparılan təbliğatın və fəaliyyətin nəticəsidir. Mən terror aktını törədənlərin, bu qanlı aktın sifarişçilərinin tez bir zamanda müəyyən edilərək ən ağır şəkildə cəzalandırılmasını və İranın ali rəhbərinin Azərbaycan xalqından üzr istəməsini tələb edirəm!”






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.