Erməni separatizmi can verir: ərazilər təmizlənir - XANKƏNDİDƏ AZƏRBAYCAN BAYRAĞININ DALĞALANACAĞINA LAP AZ QALIB
ELÇİN ALIOĞLU YAZIR

Ermənistanda, ABŞ-da, Fransada və ya Rusiyadakı ermənilər Qarabağla bağlı hələ də nəyə isə güvənir, ümid edirlərsə - yanılırlar. “Game Over!”" Yəni oyun bitdi...

 

Əsrlərdən bəri davam edən Qarabağ məsələsi, onilliklərdən bəri səngiəməyən Qarabağ münaqişəsi artıq sona çatmaq üzrədir.

 

Qarşımızda ən çox səslənən suallar var:


1. Reinteqrasiya prosesi necə keçəcək?

2. Hərbi əməliyyatlar niyə dayandırıldı?

3. Rusiyalı sülhməramlılar Azərbaycanı nə zaman tərk edəcəklər?

4. Xankəndidə bayrağımız nə zaman dalğalanacaq.

 

Suallara cavab verməyə çalışaq.

 

1. Reinteqrasiya

 

Qarabağlı ermənilər indi separatçılıq, terrorçuluq, diversiyalar dönəmlərini unudaraq sadəcə, bir məqama kökələnməlidirlər - REİNTEQRASİYA.

 

Azərbaycan Ordusunun Xankəndidəki xuntanın ümid yeri olan, Ermənistan tərəfindən dəstəklənən, maliyyələşdirilən və idarə olunan 10 min nəfərlik silahlı dəstələrə qarşı keçirdiyi lokal antiterror tədbirləri ilkin mərhələ idi.

 

İkinci mərhələ Azərbaycanın mərkəzi hakimiyyətinin yetkililərinin Yevlaxda qarabağlı ermənilərin iki nümayəndəsi ilə apardığı danışıqlardı. 

Üçüncü mərhələ son olacaq və həmin mərhələdə artıq yalnız elektroenerji, təbii qaz, içməli su, təqaüdlər və müavinətlər, iş yerləri və s. təminatı ilə bağlı məsələlər müzakirə ediləcək.

 

Lakin proses asan olmayacaq. Təbii, qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı məsələlərin tezliklə həll ediləcəyini deyə bilərik.

 

Demək asandır - bunu reallaşdırmaq asan olmayacaq.

 

Əsrlərdən bəri nəsil-nəsil beyinlərin “Böyük Ermənistan” idefiksi, son əsrdə isə daşnak ideologiyası, şovinizm, hayizm, qonşu ölkələrə və xalqlara qarşı fasiləsiz ərazi iddiaları ilə zəhərlənən; son 35 ildə isə Azərbaycana və azərbaycanlılara qarşı zooloji nifrət, etnik və dini zəmidə dözülməzlik ideyaları ilə yuyulmuş erməni etnosunun asanlıqla bu illüziyalardan əl çəkəcəyini düşünmək sadəlövhlükdür.

 

Ötən əsrin 90-cı illərindən bəri azərbaycanlıları düşmən görən, hətta Bakını belə, “qədim və əzəli erməni şəhəri” hesab edən ideologiyanın müəllifləri, mənsubları və daşıyıcıları tezliklə sakitləşən deyillər.

 

Fəqət, yeni reallıq yaşanır, tam yeni gerçəklik bölgəyə hakim olur. Qarabağlı ermənilər Azərbaycan cəmiyyətinə tamamən inteqrasiya olunacaqlar. Bunu istəməyən və arzulamayanlar isə Azərbaycanı tərk edə bilərlər.

 

Laçın yolu Xankəndi-Gorus istiqamətində humanitar hərəkətə, ermənilərin yerdəyişmələrinə açıqdır.

 

Azərbaycanın mərkəzi hakimiyyəti, dövlətimiz qarabağlı ermənilərin reinteqrasiya prosesinin genişmiqyaslı və sürətli olması üçün hər şeyi edəcək.

 

İllər keçəcək, indi reinteqrasiyanın nə olduğunu anlamayan, buna etiraz edən ermənilər belə, miskin, səfil və təhlükəli həyatın geridə qaldığını, Azərbaycan vətəndaşı qismində yeni həyatın əvvəlki yaşamla müqayisə edilməyəcək dərəcədə yaxşı olacağını anlayacaqlar.

 

2. Hərbi əməliyyatlar

 

Əslində, Azərbaycan Ordusu hələlik Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarətində olan ərazilərdə hərbi əməliyyatlar keçirmədi. Bunlar lokal antiterror tədbirləri idi.

 

Məhz lokal, antiterror, tədbirlər.

 

Əməliyyatlar olmadı - çünki buna zərurət yoxdu.

 

Qarabağlı erməni separatçılarının 10 min nəfərlik silahlı dəstələrinin zərərsizləşdirilməsinin əsasını onların zirehli texnikadan, istehkamlardan, artilleriya, hava hücumundan müdafiə və radilokasiya vasitələrindən, habelə sursat anbarlarından məhrum edilməsi təşkil edirdi.

 

Ordumuz da 23 saat ərzində bu prosesi tam əksəriyyəti hesabı ilə başa vurdu.

 

Hələlik erməni separatçıların malik olduqları silah-sursat və s. sürətlə təhvil veriləcək, separatçılar tərksilah ediləcəklər.

Tərksilah prosesi RSK-nın vasitəçiliyi ilə aparılır. 

Proses asan deyil və tezliklə başa çatmayacaq. Ordumuz prosesə tam nəzarət edir. Silahları vermək istəməyən, tərksilahdan boyun qaçıran separatçılar legitim hərbi hədəf sayılaraq məhv ediləcəklər.

 

Antiterror tədbirlərinin dayandırılmasının səbəbi isə silahlı erməni separatçılarının tərkisilaha vadar edilməsinin uzaqdan, məsafəli metodunun seçilməsidir.

 

Azərbaycan Ordusu itkilər vermək istəmir və mümkün itkiləri də maksimum dərəcədə azaldıb.

 

Bu, 21-ci əsrin hərb strategiyası, dünyanın ən inkişaf etmiş və qüdrətli ordularının taktikasıdır — Azərbaycanın Silahlı Qüvvələri məhz bu üsulları tətbiq edir.

 

Hələlik silahı yerə qoymamış erməni separatçıları tərksilaha vadar ediləcəklər.

 

Bu, sülhə məcburetmə əməliyyatının tərkib hissəsidir və Azərbaycan bütün addımlarını həm ölkə Konstitusiyası və qanunvericiliyi, həm də beynəlxalq hüququn prinsipləri əsasında gerçəkləşdirir.

 

Digər məqsəd isə separatçıların məğlubiyyətinin, miskinliyinin sənədləşdirilməsidir. Bu, sonradan ermənilərə “qəhrəman müqavimət”, “sonadək mübarizə” ilə bağlı yeni əsatirlər, miflər və yalanlar uydurmağa imkan verməyəcək. 

3. Rusiyalı sülhməramlılar

 

Rusiya Federasiyasının Qarabağda RSK nəzarətindəki areallarda Azərbaycan Ordusunun lokal antiterror tədbirləri keçirməsinə maneələr yaratamamasından sonra Ermənistan rəhbərliyi, cəmiyyəti, qarabağlı ermənilər və ümumiyyətlə, bütün dünyadakı ermənilər anladılar: Qarabağda erməni separatçılığı dönəmi BİTDİ!

 

Hazırda İrəvanda keçirilən etiraz aksiyaları, Ermənistanın baş naziri Nikol Paşinyanın istefa tələblərinin səslənməsi, “Hökumət istefa versin! Qarabağlı ermənilərə dərhal kömək edək!” şüarlarına gəldikdə isə, bütün bunlar boş və pus olaylardır.

 

Ermənistanın qarabağlı erməni separatçılara yardım etməyə nə siyasi, nə hərbi, nə iqtisadi, nə maliyyə, nə də başqa resursları yoxdur.

 

Rusiya Ermənistana yardım etmək niyyətində deyil: belə yardımı yoxluğunda 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində dağıdılmış Ermənistan ordusunun qalıqları hərbi əməliyyatlara başlasalar, məhv ediləcəklər.

 

Nikol Paşinyan bunu bilir. Heç bir ümid, yaxud perspektivin olmadığı şəraitdə o, erməni əsgərləri məhvə yollayan deyil.

 

N.Paşinyanın istefasına gəldikdə isə, onun yerinə kim gəlirsə-gəlsin, heç nə dəyişən deyil.

 

Rusiya Federasiyası ermənilərə görə Azərbaycan və Türkiyə ilə münasibətləri sərinləşdirmək niyyətində deyil.

İrəvan küçələrində yürüş edən, mitinqlərə çıxan ermənilər etiraf etməsələr də, onların əsas istəkləri Qarabağdakı fiaskonun yaratdığı ümidsizliyin və məğlubiyyət hissinin doğurduğu ifrat neqativ emosiyaları zahirə çıxarmaqdır.

 

Ermənistanın müxalifəti şüarçılığa, aksiyalara rəğmən, Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq potensialına və resurslarına malik deyil. 

4. Xankəndində bayrağımız

 

Azərbaycan dövlətinin və xalqının vahidliyi, hakimiyyətlə cəmiyyətin qırılmaz və üzvi bağı, Prezidentə olan sonsuz inam və Ali Baş Komandanın yürütdüyü siyasətdə vətəndaşın maraqlarının dövlət mənafeləri ilə uzlaşdırılması qarabağlı ermənilərin separatizminin aqoniyasına səbəb oldu.

 

Məhz bu səbəbdən Xankəndidə Azərbaycan bayrağının dalğalanmasına çox az qalıb.

 

Hazırda RSK-nın nəzarətində olan ərazilərin istisnasız olaraq hamısı Azərbaycanın mərkəzi hakimiyyətinin nəzarətinə keçəcək. İstisnasız olaraq bütün yaşayış məntəqələrində bayrağımız dalğalanacaq, dövlət qurumları fəaliyyət göstərəcək. 

Azərbaycan irəliləyir - gələcəyə, sülhə, sabitliyə, tərəqqiyə və inkişafa doğru.

 

Çətinliklər də olacaq, problemlər də, təzyiq cəhdləri də.

 

Olsun - bizi yolumuzdan kimsə, heç bir qüvvə döndərə bilməz.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.