Rza Pəhləvi: “İranın ali rəhbəri Moskvada oxuyub”
VİDEO

Üç gün əvvəl ABŞ-da yaşayan İran şahzadəsi Rza Pəhləvi tanınmış bloger Patrik Bet-Davidə verdiyi üç saatlıq müsahibədə İranın çağdaş siyasi tarixi ilə bağlı bir çox maraqlı, hətta sensasiya sayıla biləcək açıqlamalar verib.

 

Bu barədə “Azad İran” “Youtube” kanalı məlumat yayıb.

 

“SAVAK-ın həbs etdiyi şəxslər Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) rəhbərliyi altında Livanın Biqa vadisindəki Fələstin düşərgəsində terrorçuluq təlimi keçən Əli Xamenei kimi adamlar idi”, - deyə Rza Pəhləvi şah dövründə ölkənin təhlükəsizlik orqanı olan SAVAK-ın siyasi müxalifləri təqib etməsi və zindana atması barədə sualı cavablandırarkən bildirib.


Şahzadənin hazırkı İran rəhbəri haqqında dediyi bu sözlər Ayətullah Xameneinin Sovet İttifaqı və onun DTK ilə əlaqələri barədə müzakirələrə yol açıb, o cümlədən Xameneinin vaxtilə Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində oxuması ilə bağlı mövzu yenidən gündəmə gəlib.

 

Xameneinin KQB-nin himayəsində olan və o dövrün terminologiyası ilə desək, üçüncü dünya ölkələri üçün SSRİ-nin hədəflərinə uyğun elitanın formalaşdırılmasına xidmət edən sözügedən universitetdə təhsil alması barədə fikirlər 2010-cu il fevralın 5-də Rusiyanın “Russia Today” (RT) dövlət televiziya kanalının yaydığı bir reportaja əsaslanır.

 

Kanalın müxbiri Marina Zarubina Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin 50 illiyi ilə bağlı ingilis dilində hazırladığı süjetdə bildirir ki, universitetin məzunları arasında çoxlu yüksək səviyyəli və tanınmış siyasi xadimlər var və bu sırada İranın ali lideri Əli Xamenei və Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbası qeyd etmək olar.

 

Daha ətraflı süjetdə:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.