İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin paytaxtı Dohada görüş keçiriblər.
Senzor.az bildirir ki, bu barədə İran KİV-i məlumat yayıb..
Tərəflər Qəzzadakı hazırki situasiyanı və HƏMAS ilə İsrail arasında girov mübadiləsi ilə bağlı razılaşmanı müzakirə ediblər.
Ətraflı məlumat verilmir.
Xatırladaq ki, İranın xarici işlər naziri bundan əvvəl Beyrutda “Hizbullah” lideri Həsən Nəsrullah ilə görüşmüşdü.