Xəbər verdiyimiz kimi, ötən gecə CNN telekanalında sensasion məlumat yayılıb. Telekanal yüksək vəzifəli mənbəyə istinadən iddia edib ki, ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi, yəni noyabrın 5-dən əvvəl İran İsrailə son və ağrılı zərbə endirəcək.
İrandakı müzakirələrdən xəbərdar olan mənbə deyib: “İranın sionist rejimin təcavüzünə cavabı qəti olacaq”.
İsrail İranın ehtimal olunan cavab zərbəsi xəbərini necə qarşılayıb? Təl-Əviv hücumu dəf etməyə hazırdırmı?
Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti, rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayevin bu və digər suallarını canlı efirdə İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Ariel Bulşteyn cavablandırıb.
Senzor.az mövzunun və toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin videomüsahibəni öz oxucularına təqdim edir.
Mütləq baxın...