Tbilisidə gərginlik artır: PREZİDENT ZURABİŞVİLİ DƏ AKSİYAYA QOŞULDU
YENİLƏNİB, FOTO/VİDEO

Tbilisinin Rustaveli prospektində, Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası davam edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları “Gürcü Arzusu”nun bugünkü – AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edir və hökumətin nəhayət, ölkənin Avropa kursundan əl çəkdiyini bildirirlər. Onların fikrincə, Gürcüstanın Avropa seçimi xilas edilməlidir.

 

Bir az əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvilinin də aksiyaya qoşulduğu bildirilir. 

O, Tbilisinin mərkəzindəki etirazçılarla xüsusi təyinatlılar arasında dayanıb.

 

"Siz Rusiyaya, yoxsa Gürcüstana xidmət edirsiniz? Kimə and içmisiniz? Cavabla maraqlanıram. Öz Prezidentinizə cavab vermirsiniz? Gələcək barədə  düşünmürsünüz? Nə ölkənin, nə də uşaqların?", - deyə Zurabişvili təhlükəsizlik əməkdaşlarına müraciət edib.



**22:41(28.11.2024)



Gürcüstan hakimiyyəti Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər gündəliyə gətirməyəcək.

 

Senzor.az bildirir ki, bu barədə Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının ofisində keçirdiyi brifinqdə məlumat verib.

 

Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması Gürcüstanı təhdid etmək üçün alət kimi istifadə olunur. Bu cür təhdidlər Gürcüstana namizədlik statusu məsələsində də edilib.

 

“Avropa İttifaqına inteqrasiyanın mərhəmət kimi müzakirə olunması qətiyyən yolverilməzdir" - deyə, Kobaxidze vurğulayıb.

 

Baş nazir Avropa Parlamentini Gürcüstanla bağlı qətnaməyə görə sərt tənqid edib. Xatırladaq ki, Avroparlament qəbul etdiyi qətnamədə Gürcüstanda keçirilən parlament seçkilərini tənqid edərək təkrar səsvermənin keçirilməsinə çağırıb.

 

Bundan başqa, Avropa Parlamenti demokratiya standartlarına əməl olunmayacağı təqdirdə Avropa İttifaqını Gürcüstan vətəndaşları üçün vizasız rejimi yenidən nəzərdən keçirməyə çağırıb. Qətnamə 444 "lehinə", 72 "əleyhinə" və 82 "bitərəf" səslə qəbul edilib.

 

İ. Kobaxidzenin açıqlamasından dərhal sonra hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının mərkəzi ofisinin, parlament binasının qarşısında minlərlə insan toplaşıb.

 

Aksiyanın keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Paytaxtla yanaşı, Kutaisi və Batumidə də etiraz aksiyaları başlayıb.

 

Senzor.az









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.