Real Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev Facebook-da maraqlı status-anons paylaşıb.
Senzor.az bildirir ki, tanınmış jurnalist yazıb:
“Bazar günü saat 21-də! Gözləyin! Məni güya zəif yerimdən vurduğunu, bu yolla diqqətimi Azərbaycanın informasiya sərhədlərindən, Dövlətimizin müdafiəsindən yayındırdığını güman edən hər kəs! Sizi xüsusilə gözləyirəm! Anonsumu da iki gün əvvəl ona görə paylaşıram ki, bütün xislətdaşlarınızı xəbərdar etməyə vaxtınız çatsın!
20 Aprel. Saat 21-00! Görüşənədək! Döyüşənədək!
Nifrətlə, Mir Şahin”.