Suriyanın keçid hökuməti İraqla sərhəddə silahlı birləşmələrin fəallığının artması ilə bağlı sərhəd bölgələrində təhlükəsizliyi gücləndirmək üçün tədbirlərə əl atıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Dəməşqdən göndərilən hərbi qüvvələr keçid məntəqəsinin yerləşdiyi Bukamal şəhərinə gəlib.
Onlara Deyr əz-Zor əyalətində sərhədin şərq hissəsinin bir neçə sahəsinə nəzarəti ələ keçirmək tapşırılıb.
Qeyd edək ki, İraqla sərhədə göndərilən qüvvələrin sayı barədə məlumat verilməyib.