Biznes-seminar iştirakçıları ilə birlikdə Kirantsda olduq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.
“Biz birlikdə demarkasiyadan sonra görülən işləri və kənddə yaradılan infrastrukturu yoxladıq”, - Paşinyan bildirib.
Qeyd edək ki, Kirants Qazaxla sərhəddə yerləşir. Ötən il aprelin 19-da demarkasiya nəticəsində Qazaxın işğal altında olan 3 kəndi geri qaytarılıb.