Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Senzor.az Britaniya mediasına istinadən bildirir ki, telefon danışığı zamanı liderlər Birləşmiş Krallıq və ABŞ arasında davam edən məhsuldar ticarət danışıqlarını müzakirə ediblər.
Baş nazir azad və açıq ticarətə sadiqliyini bir daha vurğulayıb, milli maraqların qorunmasının vacibliyini qeyd edib.
Danışıq zamanı həmçinin, Ukraynadakı vəziyyət, İranla bağlı məsələlər və Yəməndə husilərə qarşı son hərbi tədbirlər də müzakirə olunub.