Ölkə ərazisinə külli miqdarda narkotik vasitə keçirməyə cəhd göstərən şəxslər saxlanıldı

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuatmərkəzi  məlumat yayıb.

 

Bildirilib ki, aprelin 18-də DSX-nın Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində sahibsiz halda 10-ER-545 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı nəqliyyyat vasitəsi aşkar edilib.

 

Sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb, pilotsuz uçuş aparatı (PUA) vasitəsilə şübhəli şəxslərin axtarışına başlanılıb.

 

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində əllərində bağlama ilə avtomobilə yaxınlaşan Ağdam rayon sakinləri - 1989-cu il təvəllüdlü Taleh Natiq oğlu Məmmədov və 1991-ci il təvəllüdlü Əhəd Natiq oğlu İsmayılov saxlanılıblar.

 

Bağlamaya baxış zamanı ümumi çəkisi beş kiloqram 800 qram narkotik vasitə olan marixuana götürülüb.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.