Polşa nüvə silahına sahib olmaq istəyir

“Polşa Fransanın “nüvə çətiri” vasitəsilə potensial Rusiya təhlükəsindən müdafiə olunmalı və ABŞ-ın nüvə silahlarına çıxış yolu axtarmalıdır”.

  

Polşa Prezidenti Anjey Duda bunu “Bloomberg” agentliyinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, bu yollar ziddiyyətli deyil və Varşava onlardan hər ikisini qəbul edə bilər. 

 

Dövlət başçısı, həmçinin qeyd edib ki, NATO-nun rolu Rusiyanın “aqressiv davranışına” qarşı durmaqdır.

 

Qeyd edək ki, “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə” imzalayan ölkələrdən biri olan Polşa belə silahları əldə etməmək barədə üzərinə öhdəlik götürüb.

 

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin NATO-nun İttifaq dövlətinə (Rusiya və Belarus) hücumu zamanı ilk olaraq Polşa və Baltikyanı ölkələrin zərər çəkəcəyi ilə bağlı sözlərinə cavab verən Polşa Prezidenti Anjey Duda NATO-nun heç vaxt heç kimə hücum etmədiyini və yalnız müdafiə alyansı olduğunu vurğulayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.