Fransada xüsusi təyinatlılar tətilə başlayıblar
VİDEO

Fransada 17 tədqiqat və müdaxilə briqadasının (BRI) polis işçilərı tətilə çıxıblar.

 

Bu barədə Fransanın TF1 telekanalı məlumat yayıb.

 

"400-ə yaxın elit polis əməkdaşı Milli Məhkəmə Polisi İdarəsinin qarşısında nümayiş keçirib. Onlar iş saatlarından artıq işləməkdən imtina edir, növbələrin sayını azaldır və bütün maşınları gecələr qarajda saxlayırlar", - nəşr yazıb.

 

"Biz hər şeyimizi qurban veririk: əlavə işləmək, şəxsi həyat və s. Ancaq bəzi hüquqlarımıza gələn kimi çətinliyə düşürük",- anonim BRI əməkdaşı telekanala bildirib.

 

TF1 qeyd edib ki, xüsusi təyinatlı polislərin qəzəbləri on ildir ki, davam edir. Lakin istintaq üçün 400 avro mükafat ödənilməsi ilə bağlı şayiələr ortaya çıxanda bu qəzəb yeni hal alıb. Zabitlərin sözlərinə görə, bu, çox kiçik məbləğdir. Maliyyə problemi ilə yanaşı, xüsusi təyinatlılar səlahiyyətliləri polislərin nüfuzunu bərpa etməyə də çağırıblar.

 

Azvision.az xatırladır ki, BRI Daxili İşlər Nazirliyinin yurisdiksiyasında olan Fransa Milli Polisinin döyüş bölməsi və xüsusi təyinatlı qruplarından ibarətdir. Briqadanın qrupları silahlı soyğunçuluq və adam oğurluğu da daxil olmaqla bir sıra cinayət əməllərini araşdırır və qarşısını alır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.