Yağıntılardan sonra bəzi bölgələrdə geoloji aktivlik artıb...
AGENTLİK PROSESLƏRİN İNKİŞAF DİNAMİKASINI QİYMƏTLƏNDİRİR

Yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen-geoloji proseslərdə nisbi aktivlik olub.

 

Senzor.az bildirir ki, bu barədə jurnalistlərə Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev məlumat verib. 

 

Onun sözlərinə görə, son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitindən sonra bəzi ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunsa da, bu proseslərin ümumi fonu stabil xarakterlidir.

 

Ə.Əliyev qeyd edib ki, intensiv yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisində ekzogen-geoloji proseslərin nisbi aktivliyi qeydə alınıb ki, bu da bilavasitə mövsümi xarakterli iqlim faktorları ilə əlaqəlidir.

 

O əlavə edib ki, hazırda Agentliyin mütəxəssisləri aidiyyəti qurumlarla proseslərin inkişaf dinamikasını qiymətləndirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.