SEPAH ABŞ-ın hərbi itkiləri haqda: AĞ EVİN AÇIQLADIĞI RƏQƏMLƏR HƏQİQƏTİ ƏKS ETDİRMİR

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) atəşkəsin pozulmasından sonra ABŞ-ın 200-dən çox hərbçisinin həlak olduğunu bəyan edib.

 

Bu barədə IRNA agentliyi SEPAH-ın briqada komandiri Hüseyn Möhibiyə istinadən məlumat yayıb.

 

Onun sözlərinə görə, ABŞ-ın açıqladığı itki rəqəmləri həqiqəti əks etdirmir. Möhibi iddia edib ki, hərbi əməliyyatlar bərpa olunduqdan sonra həlak olan ABŞ hərbçilərinin sayı 200 nəfəri keçib, yaralananların sayı isə bundan xeyli çoxdur.

 

SEPAH nümayəndəsi həmçinin bildirib ki, İran qüvvələri ABŞ-a məxsus səkkiz qoşun dislokasiya mərkəzinə zərbələr endirib. Onun sözlərinə görə, hücumlardan biri zamanı 20 anqar məhv edilib.

 

Möhibi ABŞ hakimiyyətini jurnalistlərin hücumların baş verdiyi ərazilərə buraxılmasına şərait yaratmağa çağırıb ki, onlar dağıntıları və itkilərin miqyasını yerində qiymətləndirə bilsinlər.

 

SEPAH rəsmisi hansı hərbi obyektlərin hədəfə alındığını və itkilərin konkret harada baş verdiyini açıqlamayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.